YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Texas ştatında ölkəmizlə bağlı bəyannamə qəbul edilib

ABŞ-ın energetika mərkəzi sayılan və çoxsaylı soydaşlarımızın yaşadığı Texas ştatının dövlət katibi Rut Hyuz tərəfindən Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü ilə əlaqədar rəsmi təbrik bəyannaməsi hazırlanıb.

Dövlət katibi bəyanatda Texas ştatının 102-ci ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu bildirərək, əcdadlarımızın demokratiyanın yayılması üçün verdiyi töhfələri unutmamağı və qeyd etməyi tövsiyə edir.