YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: 5-ci Kalonun nökərlırinin ölkəmizdə mövcudluğu milli dövlətçiliyimiz üçün koronavirusdan daha təhlükəlidir

«Bu gün dünyanın qlobal koronavirus təhlükəsi ilə üzləşdiyi bir zamanda bütün dövlətlərin və xalqlarin həmrəylik və əməkdaşlıq çərçivəsində mübarizə aparırlar. Çox təəssüf ki, özünü “müxalifət” adlandırmağa çalışan bir qrup hazırkı həssas dönəmdə insanların təşviş və narahatçığına baxmayaraq, özlərinin çirkli siyasi möhtəkirliyindən belə uzaqlaşmırlar. Onlar bugün Koronavirusla mübarizə çərçivəsində görülən uğurlu işləri təqdir etmək əvəzinə , ehtiyacı olan birisinə kömək etmək əvəzinə milli birliyimizə kölgə salmağa cəhd edirlər.Yeganə məqsədləri nəyin bahasına olursa olsun hakimiyyəti zəbt etmək olan bu avanturist qrup humanist dəyərlərdən məhrumdurlar. Xarici havadarlarının tapşırığını icra edən 5-ci kolon liderləri Azərbaycanın koronavirusla mübarizədə dünyanın aparıcı ölkələrindən belə öndə olmasına baxmayaraq, ancaq cəmiyyətdə xaos yaratmağa çalışırlar.» Bu  fikrləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib.
Məlahət İbrahimqızı bildirib ki, dünyanın çaşqınlıq içində olduğuna baxmayaraq ölkəmizdə qısa müddət ərzində möhtərəm cənab Prezidentin rəhbərliyi ilə görülən işlərin çox çarpayılı hospitalların, qabaqlayıcı tədbirlərdən, 575 çarpayısı olan Yeni Klinikanın və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska və dezinfeksiyaedici maddələr istehsal edən müəssisələrin fəaliyyətə başlamasından, epidemik xəstəliklər üçün inşaasına qərar verilmiş modul tipli xəstəxalardan bixəbərdilər, ya da öz mənfur niyyətlərindən əl çəkmirlər: «Bu qüvvələr, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinə qoyulan investisiyanın qısa müddətli effektiv olacağını və sonrasında bu qədər maska istehsalına ehtiyac qalmayacağını qeyd edirlər. Bu qədərmi, 5-ci kolon xalqa düşmən kəsilib, ilk növbədə xalqı düşünməkdən, açılan müəssisənin guya gələcək aqibətini fikirləşirlər.
Bunlar ümumi bəşəri problemdə birlik olub, mübarizəni ifadə etməkdənsə, Azərbaycan büdcəsinin tamamilə əhaliyə verilməsini və sonrakı aylarda əhalinin hakimiyyət çevrilişinə sövq etməkdən başqa bir şey deyildir.
Müsahibənin sonunda qeyd etməliyəm ki, tibb elmi insan orqanızmində yad cismin həyat üçün nə qədər təhlükə olduğunu çoxdan sübut etmişdir. Azərbaycan cəmiyyətində də 5-ci kalon və onun nökərlırini də ölkəmiz və dövlətçiliyimiz üçün yad cisim hesab etmək olar. Təəssüf ki, Əli Kərimli və onun ölkədəki və xaricdəki dəstələrinin istifadə müddəti çoxdan bitsə də, onların ölkəmizdə mövcudluğu milli dövlətçiliyimiz üçün təhlükə olmaqda davam edirlər. Bu mənada cəmiyyətin bütün ziyalıları da koronavirusa qarşı mübarizədə olduğu kimi bu təhlükəyə qarşı mübarizədə də səfərbər olmalı, Milli Birlik və Həmrəylik nümayiş etdirməlidirlər.»