YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyətdir

«Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük əmək sərf olunub. Odur ki, biz Heydər Əliyevin şah əsəri olan bugünkü Azərbaycanı qorumalıyıq». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif  Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyətdir. Onun sözlərinə görə, Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir eraya qədəm qoyub.

«Azərbaycanda 1990-cı illərin əvvəllərində ictimai-siyasi sabitlik yaratmaq, dünyanın diqqətini Azərbaycana yönəltmək, iqtisadi islahatlara geniş meydan vermək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, sadəcə olaraq, cari tədbirlərin nəticəsi deyildir. Heydər Əliyev, ilk növbədə, Azərbaycanın dünyadakı yerini və qlobal siyasətdəki rolunu müəyyənləşdirib, bölgədə marağı olan dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlıq qura bilib. Dünyanın siyasi xəritəsinə nəzər yetirsək, Azərbaycanın ərazicə kiçik dövlət olduğunu görərik. Lakin bu kiçik dövlət bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın nüfuzunu dünya miqyasına yüksəldib. Bu yüksəliş siyasi strategiyanın möhkəm əsasları üzərində bərqərar olub»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.