YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 10 və 12-ci mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 10 və 12-ci mikrorayon sakinləri ilə növbəti görüşü keçirilib.

 

Görüşü giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqal Əvəz Mahmudov qonaqları salamlayaraq onları Sumqayıtda görməkdən məmnun olduğunu ifadə etdi. O, daha sonra Hicran Hüseynovanın fəaliyyəti, onun ziyalılığı barədə danışaraq atası Kamran Hüseynovun da Azərbaycan üçün, öz xalqı, dövləti üçün çalışdığını qeyd edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək Hicran Hüseynovanın milli və vətənpərvər bir ailədə böyüdüyünü qeyd edib. O, vurğulayıb ki, Hicran Hüseynova həmişə vətəndaşların arasındadır, ailələrlə görüşür, onların problemləri ilə maraqlanır. Fərhad Bədəlbəyli həmçinin qeyd edib ki, Hicran Hüseynova ölkədə qadın hüquqlarının müdafiə olunmasında fəal iştirak edib, onların qarşılaşdıqları çətinlikləri daha yaxşı bilir. Hicran Hüseynova istər ölkəmizdə, istərsə də ölkədən kənarda iştirak etdiyi bəynəlxalq səviyyəli hər bir konfranslarda Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətini pisləyib və onun acı nəticələri barəsində ətraflı məlumatlar verib. Fərhad Bədəlbəyli eyni zamanda görüşdə iştirak edən gənclərə  tövsiyə etdi ki, dil öyrənsinlər, savadlı olsunlar ki, sabah öz rəqiblərinə qarşı tutarlı cavab verə bilsinlər, dövlətimizə layiqli vətəndaş  olsunlar.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev görüşdə iştirak edən seçiciləri öz layiqli namizədinə səs verməyə çağırdı. O, xüsusilə gəncləri aktiv fəaliyyət göstərməyə səsləyərək bildirib ki, əgər siz indi fəal olsanız bu gələcəkdə mütləq öz müsbət nəticəsini verəcək. Çingiz Abdullayev Hicran Hüseynovanın fəaliyyətinə nəzər salaraq  qeyd edib ki, o gənclərin, xüsusilə də qızların təhsil alması, onların özünü inkişaf etdirmələri üçün çox böyük və ardıcıl işlər görüb, hər zaman onlara dəstək olub.

Görüşdə həmçinin Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, Prezident yanında Beynəlxalq Humanitar Yardım Komissiyasının üzvü, Tərəqqi Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmsivari, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fəridə Qafarova, Sumqayıt Bələdiyyəsinin sədri Soltan Əsədov, Dünya TV-nin proqram rəhbəri Aygün Zülfüqarlı, “Hüseynoğlu” MMC-nin rəhbəri və Dünya və Olimp Ticarət Mərkəzinin sahibi Lətifə Əhmədova, sahibkar Fərxrəddin Rəhimov, gənc fəal Xəyal Yusifzadə və başqaları çıxış edərək seçiciləri öz layiqli namizədinə-Hicran Hüseynovaya səs verməyə çağırdılar.

Daha sonra Hicran Hüseynova çıxış edərək ilk öncə çıxışçılara xoş sözlərinə və dəstəklərinə görə minnətdarlığını ifadə etdi. Hicran Hüseynova qeyd etdi ki, təmsil etdiyi Yeni Azərbaycan Partiyası və onun rəhbəri cənab Prezident İlham Əliyevə xalq inanır və dəstəkləyir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Ölkə başçısı tərəfindən keçirilən iqtisadi və  sosial islahatlar  hər bir ailəni, əsasən də qadın və uşaqları, xüsusi risk qrupuna daxil olan vətəndaşları, o cümlədən, qaçqın və məcburi kökçünləri əhatə edir. Bütün bunlar əlbəttə ki, xalqımız tərəfindən xüsusi  rəğbətlə qarşılanır. H.Hüseynova  seçicilərə müraciət edərək, bildirb ki “ hər birinizin vəkili olmağımı özüm üçün böyük şərəf  və qürur sayacaq, əgər mənə etimad göstərib, səs verərsinizsə, qarşıdakı beş il ərzində mütəmadi olaraq sizlərlə daima birlikdə olacam”.

Sondan vətəndaşlar tərəfindən təklif və müraciətlər dinlənildi, müvafiq tədbirlərin görülməsi məqsədilə qeydiyyata alındı. Vətəndaşlar tərəfindən həmçinin Hicran Hüseynovadan  uşaqların internet təhlükəsizliyi və qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı millət vəkili kimi hansı addımlar atacağı barəsində suallar veriblər. H.Hüseynova bilidirib ki, artıq uşaqların zərərli informasiyadan qorunması haqqında qanun qəbul edilib və bu ildən qüvvəyə minib. Hicran Hüseynova eyni zamanda Prezident ilham Əliyevin fərmani ilə yaradılan Qida Təhlükəsizliyi Agentiliyi və onun fəaliyyətini vətəndaşların diqqətinə çatdırdı.