YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın MM üzvlüyünə namizədi Ağalar Vəliyev Goranboyun Tapqaraqoyunlu kənd seşiciləri ilə görüş keçirib

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasnın namizədi  Ağalar Vəliyevin təbliğat təşviqat kanpaniyası çərçivəsində rayonun Tapqaraqoyunlu  kənd seşiciləri ilə  görüşü keçirildi.

Ağalar Vəliyev kənd ağsaqqalları, Qarabağ müharibə veteranları, şəhid ailələri və kənd ziyalıları görüşdü və kənd mərkəzindəki şəhidlər xiyabanını ziyarət etdilər. Ağalar Vəliyev görüşdə Azərbaycanın son illərdəki sürətli inkişafından, sərhədyanı və təmas xəttinə yaxın həssas bölgə kimi hər zaman cənab Prezidentin diqqəti və qayğısı ilə əhatə olunan Goranboy rayonuna göstərdiyi diqqət və qayğıdan danışaraq bildirdi ki, təkcə bir faktı vurğulayım ki, son illər ərzində Goranboy rayonuna 6 dəfə səfər etmiş, bir sıra obyektlərin açılışında şəxsən iştirak etmiş və rayonun sosial–iqtisadi inkişafının sürətləndirilməsinə yönələn  sərəncamlar imzalamışdır.  

Dövlət  başçısının müvafiq sərəncamlarına uyğun olaraq Goranboy rayonunda daha iki böyük infrastruktur layihəsi olan  Mərkəzi Rayon Xəstəxanası üçün yeni binanın tikintisi başa çatmışdır və Olimpiya İdman Kompleksinin inşasına başlanılmışdır.

Bütün bunlar ölkə rəhbərinin Goranboy rayonuna olan diqqətinin nəticəsidir.  Qayğıya ehtiyacı olanlar dövlət təfindən dəstəklənir, şəhid vərəsələrinə birdəfəlik ödənişlər həyata keçirilir. Şəhid ailələri müharibə vetaranları üçünu mənzillər tikilərək onların ixtiyarına verilir.

Ağalar Vəliyev 2015-2019-ci ilər  ərzində deputat fəaliyyətindən danışdı və  əminliklə bildirdi ki, , Goranboylular bütün seçkilərdə göstərdikləri fəallıqlarını bu dəfə də nümayiş etdirərək seçki məntəqələrinə gələcək Yeni Azərbaycan Partiyasının namizədinə  səs verməklə müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi naminə ən doğru seçim edəcəklərnin bildirdi.

Tədbirdə şəhid ailəsi Hafiz Əhmədov, Şəfa Əzizova, Şəfiqə Məmmədova, məktəb direktoru Sevinc Abbasova kənd sakini Aynur Abdullayeva, Dərgah Abbasov çıxış edərək  dövlət başçısı Prezident İlham Əliyevin  onlara göstərdiyi diqqət və qayğısına görə öz minnətdarlıqlarını bildirərək qeyd etdilər ki, Tapqaraqoyunlu kəndi təmas xəttində yerləşir. Qarabağ döyüşləri zamanı  kənd 37 şəhid versə də öz yurdlarından çıxmamışlar. Kəndin 1 milli qəhrəmanı, 10 nəfər Qarabağ əlili və 3 nəfər Çernobil əlili var.

Ağalar Vəliyev kəndimizdə tez-tez görüşlər keçirir.Biz şəhid ailələri ilə görüşür. Onlar  Tapqaraqoyunlu kənd seçicilərini Ağalar Vəliyevə səs verməyə səslədilər.