YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının namizədi Ramin Məmmədovun təbliğat-təşviqat kampaniyası davam edir

Yeni Azərbaycan Partiyasının 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə deputatlığa namizədi Ramin Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində Minbaşı,Yaxa-Dəllək,Qarağac və Beşdəli kəndlərindən olan seçicilərlə görüşdü.

Ramin Məmmədov görüşdə Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu çox sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini, ona dinamizm, ceviklik və hücum taktikası əlavə etdiyini vurğuladı. O qeyd etdi ki, dövlət rəhbərinin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Bu birliyin daha da möhkəmlənməsinə hər birimiz öz töhfəmizi verməliyik.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi apardılar.

Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verdi.