Xəbərlər
Yeni Azərbaycan Partiyasından 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Hücran Hüseynovanın seçicilər ilə görüşü keçirilmişdir
41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hüseynova Hicran Kamran qızının Sumqayıt şəhəri 17 mikrarayondan olan seçiçiləri ilə təbliğat-təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.
Görüşü giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin pedaqoji təcrübə rəhbəri, ağsaqqalƏvəz Mahmudov açaraq görüşün məqsədi haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, bu gün Azərbaycanda dərin və köklü, hərtərəfli islahatlar keçirilir. CənabPrezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət Milli Məclisin də dəyişilməsi zərurətini yaradır. Və bu gün biz layiqli namizədlərdən biri Hicran Hüseynova ilə ilk görüşü keçiririk.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva 70 illik tarixə malik olan Sumqayıt şəhərinin inkişaf tarixindən söz açaraq, Partiyanın qurucusu , Ulu Öndər Heydər Əliyevin və Partiyanın sədri, Prezident İlham Əliyevin apardığı sürətli, dinamik islahatlardan bəhs edərək Respublikanın hər yerində olduğu kimi Sumqayıtın abadlaşmasından, insanların rifah halının yaxşılaşdığını vurğulayıb. Ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının 2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilərə çox böyük həvəs və qələbə əzmi ilə qatıldığını bildirən Nurlana Əliyeva Partiyanın 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Hicran Hüseynovanın qalib gələcəyinə əminliyini bildirdi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov H.Hüseynovanın çox illik elmi pedaqoji təcrübəsindən danışaraq, onun gənclərin təhsilə cəlb olunmasına, xüsusilə də qızların təhsil almasına, onların ənənəvi peşələrlə yanaşı qeyri-ənənəvi peşələrədə yiyələnməsinə həssaslıqla yanaşmasından bəhs etdi. Eyni zamanda, o, H.Hüseynovanın atası tanınmış ictimai və dövlət xadimi K.Hüseynovun Sumqayıtın sənaye mərkəzinə çevrilməsindəki böyük rolundan bəhs edib. Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva H.Hüseynovanın qadın sahibkarlığına verdiyi dəstəkdən ətraflı danışdı. Qadınların hətta ev şəraitində belə işçi və sonradan kiçik sahibkar kimi fəaliyyət göstərməsi üçün böyük təcrübəyə malik olduğunu qeyd etdi. O bildirib ki, “Yüzlərlə qadına bu sahədə kömək edən H.Hüseynova qadınların həm ailə büdcəsinə töhfə verməsinə, həm də ölkəmizə qadın sahibkarlığının inkişafına nail olub”. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə isə millət vəkilində əsas keyfiyyətlərdən birinin də vətənpərvərlik olduğunu bildirib. O qeyd edib ki,H.Hüseynova bir ço mötəbər beynəlxalq tədbirlərdə, konfranslarda iştirak edib. O həmişə vətənimizi yüksək səviyyədə təmsil edərək,Qarabaqğla bağlı həqiqtələrin dünyaya çatdırılmasında əlindən ələni əsigəməyib. Hər zaman qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasında aktiv iştirak edib. 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hicran Hüseynova iştirakçıları salamlayaraq ilk öncə Yanvarın 20-də Vətənimizin azadlıq mübarizəsində şəhid olanların əziz xatirələrini 1 dəqiqəlik sükutla yad etməyi xahiş edib. Daha sonra H.Hüseynova bildirib ki, mənim üçün Sumqayıt şəhərinin özünəməxsus yeri var. 70 illik tarixi olan bu şəhəri, onun dəyərli əhalisi mənə çox doğmadır. Uşaqlığım, gəncliyim bu şəhərdə keçib. Burada mənim doğmalarım, qohumlarım, tanışlarım, dostlarım çoxdur. Atam Kamran Hüseynov müxtəlif dövrlərdə üç dəfə bu şəhərə rəhbərlik edib. O, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından biri idi. Atam onun rəhbərliyi ilə ölkəmizin müxtəlif bölgələrində, o cümlədən də, Sumqayıtda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində xidmətləri olub. Bu baxımdan mənim bu şəhərə, onun sakinlərinə xüsusi hörmətim var. Siz zəhmətkeş, fədakar, yeniliyə meylli insanlarsız. Hər zaman ictimai proseslərdə aktivlik göstərirsiniz, çətinlikdən qorxmursunuz. Elə buna görə də, Yeni Azərbaycan Partiyası tərəfindən Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyimin məhz bu dairədən irəli sürülməsinə məni daha da ruhlandır.
O qeyd edib ki, “millət vəkili olmaq şərəfdir, xalqın etimadını qazanmaqdır, xalqın qayğıları ilə yaşayıb insanların fikirlərini, təkliflərini Milli Məclisin tribunasından səsləndirməkdir. Eləcə də, insanları düşündürən məsələlərin həllinə çalışmaq deməkdir. Və mən də çalışacağam ki, seçki prosesində çox fəal olum, sizinlə davamlı görüşüm, fikirlərinizi, problemlərinizi sizinlə birlikdə, sizin iştirakınızla həll edilməsinə səy göstərək”.
H. Hüseynova bildirib ki, “çox illik elmi pedaqoji və dövlət məmuru təcrübəsi olan, Azərbaycanda siyasi elmlər üzrə doktorluq dərəcəsi alan ilk qadın aliməm. Uzun illər ölkəmizi beynəlxalq səviyyədə, BMT-də, Avropa İttifaqında, müxtəlif dövlətlərin parlamentlərində təmsil etmişəm. Bir sıra mühüm beynəlxalq əhəmiyyətli konfranslarda iştirak edərək, Azərbaycanın uğurlu təcrübəsi haqqında geniş məruzələr etmişəm”. O fəaliyyət göstərdiyi sahələrdən irəli gələrək əldə olunan nəticələri haqqında məlumatı nəzərinə çatdıraraq bildirib ki, ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilmiş, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılmış, erkən nikahların sayı azalmışdır. Eyni zamanda, qadınların seçkili orqanlarda xüsusilə, bələdiyyələrdə və parlamentdə, habelə yerli icra hakimiyyətlərində təmsilçiliyi artırılmış, qadın sahibkarlığına dəstək gücləndirilmişdir. Ailə institutunun möhkəmləndirilməsi sahəsində çoxsaylı maarifləndirmə işləri aparılıb, ailələrimizi yad təsirlərdən, neqativ hallardan qorumaq üçün müxtəlif layihələr həyata keçirilib”.
Sonda H.Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradənizi göstərməyə səsləyib. İnkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə - Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə səs verməyə çağırıb.