Xəbərlər
Bu il 224 məktəbdə təmir və mühəndis kommunikasiya işləri aparılıb
2019-cu ildə 6 məktəbdə əsaslı təmir işləri aparılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.
Bundan əlavə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.