Partiya xəbərləri
YAP Xətai rayon təşkilatında partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə ilk dəfə səs verəcək gənclərin görüşü oldu
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, artıq bir neçə gündən sonra seçkilərin təbliğat-təşviqat mərhələsi başa çatacaq, seçicilərimiz 23 dekabr tarixində seçki məntəqələrinə gəlib öz seçki hüquqlarından istifadə edərək dövlətimizin gələcək inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
H.Mirələmov qeyd etdi ki, YAP-ın qələbəsi növbəti dövr üçün açıqlanan hədəflərin reallaşmasına böyük dəstək olacaq. Dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində bələdiyyələrin fəaliyyətinin genişləndirlməsi üçün münbit şərait yaradılıb. Bələdiyyələrlə xalq arasında birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsinə dəstək olaq.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, partiyanın Qadınlar Şurasının sədr müavini, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətələyeva bildirdi ki, hər bir seçki gələcəyimizi müəyyənləşdirən, mövqeyimizi ortaya qoymağa imkan verən hadisədir: «Cəmiyyətimizin gələcək həyatının necə qurulacağı, hansı istiqamətə gedəcəyi təbii ki, bizlərin səsindən, dəstəyindən asılıdır. Hər bir Azərbaycan vətəndaşı bu seçkilərdə də öz birliyini ortaya qoymalı və bir daha gələcəyini necə gördüyünü nümayiş etdirməlidir. Əminəm ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədləri qələbə qazanacaq. YAP 27 il ərzində hər bir Azərbaycan vətəndaşının istəyini nəzərə alaraq öz mövqeyini ortaya qoyub, fəaliyyət istiqamətini müəyyənləşdirib. Hər dəfə qələbə qazanaraq xalqın dəstəyinin, inamının nə qədər böyük olduğunu nümayiş etdirir.»
Namizədlərdən Rövşən Məmmədov, Nərminə Hacıyeva, Səbinə Paşayeva, İlahə Məmmədova, Səbinə Əliyeva, Kənan Rzayev, Bayram Xəlilov çıxış edərək seçiciləri onlara dəstək verməyə çağırdılar.