Partiya xəbərləri
YAP Nəsimi rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüş keçirib
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasi Nəsimi rayon təşkilatında növbəti görüş keçirilib.
YAP Nəsimi rayon təşkilatından bildiriblər ki, təşkilatın sədri, Partiyanın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı çıxış edərək toplantının keçirilməsində məqsədin bələdiyyə seçkiləri ərəfəsində rayon sakinlərinin, xüsusilə səhiyyə işçilərinin fəallığının artırılması, seçkilərlə əlaqədar bölgələrdə görüşlərin təşkili və digər məsələlərin müzakirəsi olduğunu bildirib.
Bütün sahələrdə, o cümlədən səhiyyə sahəsindəki islahatların davamlı şəkildə həyata keçirildiyini deyən YAP Nəsimi rayon təşkilatının sədri bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məlahət İbrahimqızı əlavə edib ki, ölkəmizdə bələdiyyə institutunun yeni yaranmasına baxmayaraq, onun inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə mühüm qanunvericilik bazası formalaşdırılıb və bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
YAP Siyasi Şurasının üzvü səhiyyə işçilərini qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa çağırıb.
Sonda tədbirdə iştirak edən gənclərə bir sıra təbliğat materialları paylanıb.