YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi

YAP Saatlı rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar qadın seçicilərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki,  ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində, respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir.  O, qeyd edib ki, ölkəmizin ümumi inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının resurslarının güclənməsi də, məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. "Xalq üçün" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. O, çıxışında bildirdi ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur və biz İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Görüşdə Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında qeyd edib ki, yerli idarəetmə institutu olan bələdiyyələrin ölkəmizdə formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, məhz 1995-ci ildə qəbul olunmuş ilk müstəqil Konstitusiyamızda bələdiyyələrin fəaliyyəti üçün müvafiq qanunvericilik bazası formalaşıb: "Cəmiyyətimizdə rolu ildən-ilə artır və onların səmərəli fəaliyyətinin təşkili üçün zəruri qanunvericilik bazası və müvafiq strukturlar tam formalaşıb. Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində, ölkəmizdə yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətinin genişlənməsi üçün münbit şərait yaranmışdır.

Görüşdə çıxış edən seçicilər bir daha əminliklə birdirdilər ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də milli dövlətçiliyin möhkəmləndirilməsinə, xalqımızın sosial şəraitinin yaxşılaşdırılmasına və ölkəmizin iqtisadi qüdrətinin durmadan inkişafına çalışan Yeni Azərbaycan Partiyasının namizədlərinə növbəti dəfə də yekdilliklə səs verəcəklər.