Xəbərlər
Azərbaycanın Xarici İşlər naziri Latviyaya səfərə yola düşüb
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının paytaxtı Riqa şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Latviyanın yüksəkvəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.