Partiya xəbərləri
Kürdəmir rayonunda bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

YAP Kürdəmir rayon təşkilatı tərəfindən 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Növbəti görüş Kürdəmir şəhərinin Cənub hissəsi, rayonunun Şıxımlı, Atakişili kəndlərinin seçiciləri ilə keçirilib.
Görüşlərdə YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli, YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin üzvləri Elmira Süleymanova, Qızlar Əzizova, Məhəmməd Heydərli iştirak ediblər.
YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb. A.Kərimli müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının cəmiyyətin demokratikləşməsindəki müstəsna yeri və rolu, ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmizin əldə etdiyi misilsiz siyasi, iqtisadi, sosial, mədəni nailiyyətlər, əhalinin sosial rifahının daha da yüksəldilməsi məqsədilə icra olunan sosial layihələr, ölkəmizdə yerli özünü idarəetmə strukturları olan bələdiyyə institutunun inkişafı və fəaliyyət mexanizmi üçün yaradılmış zəruri qanunvericilik bazası, xüsusilə son dövrdə bələdiyyələrin maliyyə mənbələrində yaradılmış yeni imkanlar və bələdiyyələrlə bağlı görüləcək işlər haqqında seçicilərə ətraflı məlumat verib. Ağali Kərimli bütün seçiciləri seçki günü seçki məntəqələrinə dəvət edərək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.
Yığıncaqda çıxış edən Elmira Süleymanova, Qızlar Əzizova, Türfə Kərimova, çıxış edərək seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.