Xəbərlər
Azərbaycanın Baş Naziri Slovakiyanın Xarici İşlər və Avropa naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakla görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.