Xəbərlər
Hicran Hüseynova: Uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi böyük önəm daşıyır
«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqlar mənəvi, psixi və fiziki zorakılığa məruz qalıblar». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova bildirib ki, atəşkəs rejiminin elan edilməsinə baxmayaraq, Azərbaycan vətəndaşları, xüsusilə uşaqlar yaralanır və ya həlak olurlar. Buna görə də uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi böyük önəm daşıyır.
«Yetişməkdə olan gənc nəsildə liderlik keyfiyyətlərinin yüksəlməsi, uşaqların şəxsiyyət kimi formalaşması və onların ictimai fəal həyat tərzi keçirməsində maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində müxtəlif proqramlar da həyata keçirilir. Bu proqramlar da ciddi nəticələr verməkdədir»- deyə, komitə sədri vurğulayıb.