YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sudeyf İmamverdiyev: Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atır

«Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin formalaşması prosesinə ciddi təsir göstərdi». Bu fikri YAP Siyasi Şurasının üzvü Sudeyf İmamverdiyev deyib.

S.İmamverdiyev bildirib ki, partiya elə zamanda yarandı ki, həmin dövrdə ölkəmiz ağır duruma düşmüşdü. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan siyasi və iqtisadi böhran keçirirdi.

«YAP-ın yaradılmasını istəyən ziyalılar başa düşürdülər ki, ölkənin rəhbərliyində duranlar gələcəyi görən şəxsiyyət olmalıdır ki, onun rəhbərliy ilə xalq ümidlərini reallaşdıra bilsin. Müstəqilliyin ilk illərində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı üçün ümidlər yalnız Ümummilli lider Heydər Əliyevə idi. Beləliklə, 21 noyabr 1992-ci ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası  ötən müddət ərzində böyük uğurlara imza atıb. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atır»- deyə, S.İmamverdiyev vurğulayıb.