YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Azərbaycan tolerantlıq baxımından bütün dünya üçün örnək göstərilir

«Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır». Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, ölkəmizdə hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək hüququ var. Onun sözlərinə görə, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda xristian məbədlərinə paralel olaraq yəhudi sinaqoqları da fəaliyyət göstərir.

«Azərbaycan tolerantlıq baxımından bütün dünya üçün örnək göstərilir. Ölkəmizdə, o cümlədən paytaxt Bakıda mütəmadi olaraq  dinlərarası dialoqa həsr olunmuş beynəlxalq tədbirlər keçirilir. Beləliklə, çox strateji bir bölgədə yerləşən Azərbaycan dini öz fərqliliyini nümayiş etdirən bir paradoks deyil, barışığı, birliyi, dostluğu, birgə yaşayışı stimullaşdıran müqəddəs bir vasitə hesab edir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv