YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firudin Qurbanov: Bu gün qarşımızda duran əsas vəzifələrdən biri təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltməkdir

«Azərbaycanda elm və təhsilə dövlət qayğısının əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir». Bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Dünyada texnologiyanın sürətli inkişafını qeyd edən F.Qurbanov bu sahədə azərbaycanlı alimlərin yüksək nailiyyətlər qazandıqlarını bildirib. Onun sözlərinə görə, ölkəmizdə elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsədi elm və təhsilin vəhdətinə nail olmaq, elmi fəaliyyətin məqsədyönlü istiqamətləndirilməsi üçün onun məhsuldar və innovativ qüvvələrə çevrilməsini təmin etməkdir.

«Elm və təhsilin birgə inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə və iqtisadiyyatımızın peşəkar mütəxəssislərlə təmin olunmasına imkan yaradacaq. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltməkdir. Bunun üçün Təhsil Nazirliyi AMEA-nın bir sıra elmi tədqiqat mərkəzləri ilə elmi əməkdaşlığı genişləndirməyə böyük önəm verir»- deyə, nazir müavini vurğulayıb.