Xəbərlər
“Günəşli” yatağındakı yeni quyudan sutkada 45 ton neft və 158 min kubmetr qaz hasil olunacaq
“Günəşli” yatağındakı 13-cü özüldən 33 nömrəli quyu qazmadan sonra istismara verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, şirkətin “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 3194-3149 metr intervaldan fontan üsulu ilə sutkalıq 45 ton neft və 158 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “28 May” adına neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.