Xəbərlər
Hadi Rəcəbli: Bu il Azərbaycanda 10 min insanın özünüməşğulluq ilə təmin olunması gözlənilir

“İşsizlikdən Sığorta Fonduna yönəldilən 15 milyon manatın 14 milyon manatı işsizlikdən sığortaya, 1 milyon manatı isə peşə təhsilinə yönəldiləcək”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, nəticədə bu proses cari ildə Azərbaycanda 10 min insanın özünüməşğulluq ilə təmin olunmasına kömək edəcək.
"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanunda edilən dəyişiklik bu məqsədlərə xidmət edir”-deyə, H.Rəcəbli vurğulayıb.