Xəbərlər
Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə beynəlxalq konfrans keçirilir
Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində noyabrın 7-də Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli beynəlxalq konfrans işə başlayıb.
Konfransın keçirilməsində məqsəd Avropa Şurasının qonşu regionlar üzrə siyasəti çərçivəsində əldə edilən nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Konfransda Avropa Şurasının, quruma üzv dövlətlərin və qonşuluq siyasəti proqramında iştirak edən ölkələrin yüksək səviyyəli nümayəndələri iştirak edirlər.