YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Şərqin və türk dünyasının ilk demokratik respublikasını Azərbaycan xalqı yaradıb

“Xalqımızın milli oyanışını və dirçəlişini təcəssüm etdirən, Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirən Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tarixdə silinməz izlər qoyub”. Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov xatırladıb ki, xalqımız ötən il müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdi. Onun sözlərinə görə, dövlət başçıısnın sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi isə tariximizə olan böyük ehtiram idi.

“Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik tarixinin şanlı səhifələrindən biridir. Şərqin və türk dünyasının ilk demokratik respublikasını Azərbaycan xalqı yaradıb. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir”-deyə, akademik vurğulayıb.