Xəbərlər
Elmar Məmmədyarov: Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir
Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.
Bunu Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb.Elmar Məmmədyarov hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.