Xəbərlər
Əli Əhmədov: Ümummilli liderimiz Heydər Əliyev yaradıcı insanlara həmişə qayğı ilə yanaşıb
“Yeni Azərbaycan Partiyasının inzibati binasında təşkil olunan gənc rəssamların sərgisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Bu, heç də təsadüfi deyil. Çünki Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyət və incəsənətə böyük qayğı göstərib, bu sahələrin inkişafına dəstək verib”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Ümummilli liderimiz yaradıcı insanlara həmişə qayğı ilə yanaşıb. Öz növbəsində, mədəniyət və incəsənət xadimləri Heydər Əliyevin möhtəşəm xidmətlərini heç zaman unutmayıblar.
“Yeni Azərbaycan Partiyasının inzibati binasında bu sərginin keçirilməsi də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Digər tərəfdən, bu tədbir , YAP-la gənc rəssamların, mədəniyyət və incəsənət adamlarının əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Biz Ulu Öndərin tövsiyələrini rəhbər tutaraq mədəniyyət və incənətə dəstək göstərməyə çalışırıq. Bu sərgi də gənc rəssamların tanıdılması və təbliğ olunması baxımından əhəmiyyətlidir. Sərgidə əsərləri təqdim olunan gənc rəssamların böyük gələcəyi var. Bu sərgi onların daha da tanınmasına dəstək verəcək. İnanıram ki, gələcəkdə böyük, məşhur rəssamların arasında onların da adı olacaq”-deyə, YAP Sədrinin müavini vurğulayıb.