Xəbərlər
Azərbaycandan Avropa İttifaqı ölkələrinə 2,6 milyard dollarlıq məhsul ixrac edilib
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 624 milyon 446 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, həmin göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard 57 milyon 995 min dollar çoxdur.
Birinci rübdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 495 milyon 861 min dollar olub.