Xəbərlər
Azərbaycan Seuldakı Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Baş Direktorlar Konfransının 34-cü iclasında təmsil olunur
Azərbaycan Koreya Respublikasının paytaxtı Seulda keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Baş Direktorlar Konfransının 34-cü iclasında təmsil edilir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda 2018-ci il üçün yükdaşımalar üzrə DYƏT Komissiyasının fəaliyyətinin nəticələri, ötən il infrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyasının fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika üzrə Daimi İşçi Qrupun fəaliyyəti, birbaşa dəmir yolu bağlantısına dair Konvensiyanın layihə mətninin qəbul edilməsi, dəmir yolu daşımalarında peşəkar təhsil/təlim üzrə Müvəqqəti İşçi Qrupun işinin gedişatı, Baş Direktorlar Konfransının iclaslarının 2020-ci və sonrakı illər üçün keçirilmə yerlərinin ardıcıllığı, DYƏT Baş Direktorlar Konfransının 35-ci iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə olunur.
Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Yekunda müvafiq sənədlərin imzalanması nəzərdə tutulur.