Xəbərlər
Azərbaycanın NATO-nun Kodifikasiya Sisteminə qoşulması ilə bağlı tanışlıq görüşü keçirilib
Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar Müdafiə Nazirliyində tanışlıq məqsədilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.
Tədbirdə Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüşdə sistemin təqdimatı keçirilib, onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.