Xəbərlər
Azərbaycanın xarici işlər naziri İranın Milli Təhlükəsizik üzrə Ali Şurasının katibi ilə görüşüb
İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İranın Milli Təhlükəsizik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrin gündəliyində duran məsələlər ilə yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb. Həmçinin bölgədə təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov ikitərəfli iqtisadi münasibətlərdən danışaraq, həmsöhbətinə hazırda həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların son vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb.
Əli Şamxani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə İranın mövqeyinin dəyişilməz olduğunu qeyd edib. O, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh və diplomatik danışıqlar yolu ilə həllinin dəstəklənildiyini vurğulayıb.
Tərəflər arasında, həmçinin regionda təhlükəsizliyə təhdid olan İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizə məsələləri müzakirə edilib.