Xəbərlər
Ağdamın “Qarabağ” komandası Avropa Liqası yarışlarının “F” qrupundakı turnir cədvəlində ikinci pilləyə yüksəlib
Oktyabrın 23-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının “F” qrupu çərçivəsində növbəti oyun keçirilib.
Ağdamın “Qarabağ” komandasının da yer aldığı qrupda İtaliyanın “İnter” və Fransanın “Sent-Etyen” klubları qarşılaşıblar.
İtaliyadakı “San-Siro” stadionunda keçirilən oyunda hesab açılmayıb.
Hesabında 7 xal olan “İnter” turnir cədvəlinə liderlik edir.
Ağdamın “Qarabağ” komandası 4 xalla ikinci, “Sent-Etyen” kollektivi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.
“Dnepr”in aktivində isə 1 xal vardır.