Xəbərlər
Sevinc Hüseynova: Azərbaycan sosial-iqtisadi sahədə uğurla inkişaf edir

“Bu gün Azərbaycan sosial-iqtisadi sahədə uğurla inkişaf edir. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildiirb ki, əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Onun sözlərinə görə, Azərbaycanda inkişafın yeni mərhələsi mühüm nailiyyətlərlə müşayiət olunur.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Ötən dövrdə iqtisadiyyatin sürətli inkişafı yoxsulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi azaldı. Bu baxımdan, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir”-deyə, deputat qeyd edib.