Xəbərlər
Məhəmməd İslami: Qəzvin-Rəşt-Astara dəmir yolu İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsini dəfələrlə artıracaq
Son bir il ərzində İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 10 dəfə artıb. Bu iki qonşu və dost ölkə arasındakı əlaqələrin inkişafının göstəricisidir.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami deyib. Onun sözlərinə görə, hər iki dövlətin müvafiq strukturlarının səmərəli əməkdaşlığının nəticəsində birgə layihələrin reallaşmasına nail olunub.
Nazir bildirib ki, Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun istifadəyə verilməsi qarşılıqlı iqtisadi əməkdaşlıq əlaqələrinə böyük təkan verəcək. Hər iki dövlət Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişində iştirak edir. Bu yol İranı Rusiya və Avropa, Azərbaycanı isə Fars körfəzi ölkələri ilə birləşdirəcək. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində inşa edilən Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi tam hazırdır, Rəşt-Astara hissəsində isə işlər sürətlə davam edir. Bu yolun işə düşməsi İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsini dəfələrlə artıracaq və hər iki dövlətin iqtisadi inkişafına əsaslı təkan verəcək.