Xəbərlər
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il dekabrın 1-dək 95.491.341,61 AZN, 213.577,88 ABŞ dolları, 14836,0 avro və 5000,0 rubl vəsait daxil olub.