YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir

“Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir”. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Onun sözlərinə görə, ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər.

“Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb.Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin müəyyənləşdirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib”,-deyə sədr müavini qeyd edib.

Dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan G.İsmayılov vurğulayıb ki, cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Odur ki, cəmiyyətin bütün təbəqələri, o cümlədən gənclər milli-mənəvi dəyərlərimizin təbliği, radikalizmlə mübarizə və dini maairfləndirmə işində daha fəal olmalıdırlar.