YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə tanış olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə tanış olub.

Yeni körpüdə tikinti işlərinə 2012-ci ilin sonunda başlanılıb. Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri görülüb. Layihə üzrə işlərin 60 faizi artıq icra edilib.

Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14, hərəkət zolağının eni isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər başa çatdırılıb. Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək.

Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonra dövlətimizin başçısı Pirallahı rayonunda yeni şəhərin konseptual planı ilə tanış oldu. İnkişaf layihəsinə uyğun olaraq yeni şəhər üçün Gürgən dəniz sahili boyu və ətraf ərazilər seçilib. Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkin olaraq, yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parklar salınacaq.

Layihəyə görə, ilkin mərhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq.

Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.

 

DİGƏR Xəbərlər Arxiv