Xəbərlər
Prezident İlham Əliyev Şəki şəhərində 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayırıb
Prezident İlham Əliyev oktyabrın 29-da “Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.
Şəki şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.