Xəbərlər
Sentyabrda Ceyhan limanından dünya bazarlarına 2,5 milyon tondan çox Azərbaycan nefti çıxarılıb
Sentyabrda Ceyhan limanından dünya bazarlarına 2 milyon 543 min 390 ton Azərbaycan nefti yola salınıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu həcmin 1 milyon 813 min 20 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə Ceyhan limanından 22 milyon 125 min 785 ton neft ixrac olunub.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri istismara verilən gündən bu il oktyabrın 1-dək Ceyhan limanından dünya bazarlarına 255 milyon 269 min 699 ton Azərbaycan nefti yola salınıb.