YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Məqsəd Azərbaycanı çiçəklənən sosial rifah dövlətinə çevirməkdir

«Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədi Azərbaycanın sosial-iqtisadi inkişafını yeni dövrün tələblərinə uyğun olaraq qurmaq, ölkəmizi çiçəklənən sosial rifah dövlətinə çevirməkdir. Buna uyğun olaraq proqramlar qəbul olunub və bunlar davam edir».  Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin  Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyevin üçüncü müddətə ölkə başçısı seçilməsindən ötən bir il beynəlxalq, iqtisadi, siyasi, sosial sahələrdə bir çox əlamətdar hadisələrlə yadda qalıb. Onun sözlərinə görə, ötən bir il ərzində Azərbaycanın beynəlxalq miqyasda imici xeyli möhkəmlənib.

«Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanın iqtisadi sahədə uğurları böyükdür. Bu gün neftin qiyməti aşağı düşsə də, Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasəti bəhrələrini verməkdədir. Bu ilin 9 ayı ərzində Azərbaycanda ümum daxili məhsul 6 %, əhalinin pul gəlirləri 11 %, pensiya və əmk haqqılar 10 % artıb, infiliyasiya demək olar ki yoxdur. Eyni zamanda əhalinin sağlamlığına yönələn yeni layihələrin həyata keçirilməsi onu göstərir ki, cənab prezidentin bu il ərzindəki uğurlu fəaliyyəti də qarşıya qoyduğu məqsədlərin tamamilə yerinə yetirilməsinə yönəlib»- deyə, deyə komitə sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv