Xəbərlər
Rasim Musabəyov: Tərəflər arasında etimadın yaradılması üçün ilk növbədə Dağlıq Qarabağın azərbaycanlı icması öz torpaqlarına qayıtmalıdır
«Tərəflər arasında etimadın yaradılması üçün ilkin addım olaraq Dağlıq Qarabağın azərbaycanlı icmasının öz torpaqlarına qayıtması təmin edilməlidir». Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, vasitəçilər hər zaman təklif edir ki, tərəfər arasında etimad mühiti yaradılmalıdır, bunun üçün ermənilərlə azərbaycanlılar görüşməli, əməkdaşlıq etməlidirlər.
«Biz də deyirik ki, bu etimad mühiti yaradılmalıdır. Amma nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağdan azərbaycanlı icması erməni işğalı nəticəsində öz torpaqlarından qovulub. Etimad mühiti ilk növbədə bu olmalıdır ki, Dağlıq Qarabağın azərbaycanlı icması öz doğma yurdlarına qayıtsınlar. Bunun üçün icmalar arasında dialoq yaradılmalı, onlar görüşməlidirlər. Çünki Dağlıq Qarabağın statusu və onun gələcəyi bu iki icmanın barışığı və azərbaycanlı icmasının torpaqlarına qayıdışından keçir»- deyə, R.Musabəyov vurğulayıb.