Xəbərlər
Azərbaycan MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında təmsil olunacaq
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 5-dən 7-dək Tıvanın Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparacaqlar.