Xəbərlər
Georgi Kvirikaşvili: Azərbaycan ilə Gürcüstanın mehriban qonşuluğu və əməkdaşlığı nümunədir
TANAP, Bakı-Tbilisi-Qars və digər strateji enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycan və Gürcüstanın birgə iştirakı mehriban qonşuluq və əməkdaşlığımızın parlaq göstəricisidir. Bu əməkdaşlıq həm də bir nümunədir.
Bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili söyləyib.
Baş nazir deyib: “Sabitlik və təhlükəsizlik regionda strateji layihələrin həyata keçirilməsi üçün vacib və həlledici rol oynayır.
Mən bizim gələcək nəsillərin daha sağlam, sabit və təhlükəsiz bölgədə yaşamaları üçün birgə səylərimizi artırmağa çağırıram və çox şadam ki, Azərbaycan tərəfi də çağırışları yüksək səviyyədə dəstəkləyir”.