YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belçikalı müşahidəçi: Səsvermə ədalətli keçib, seçicilərə heç bir təzyiq olmayıb

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (Belçika) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Missiyanın üzvü Klod Monike səsvermə zamanı qayda pozuntusunun olmadığını, seçkilərin ədalətli, şəffaf keçdiyini və seçicilərə heç bir təzyiq faktının qeydə alınmadığını söyləyib. O qeyd edib ki, seçkilər dinc şəraitdə keçdi. Proses beynəlxalq standartlara uyğun idi. Seçki məntəqələrində səslərin sayılması prosesi də açıq və şəffaf olub. Quraşdırılan veb-kameralar seçki prosesinin şəffaflığını artırırdı.

Missiyanın digər üzvü Simon Peterman isə gənclərin seçki prosesində fəal iştirakını xüsusi vurğulayıb.