YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya müşahidə missiyasının rəhbəri: Azərbaycanda yüksək seçici fəallığı müşahidə etdik

Müşahidəçi kimi Azərbaycanda istənilən seçki məntəqəsini seçməkdə tam azad idik. Seçki məntəqələrində seçicilərin sərbəst və azad səs vermələri üçün hər cür şərait yaradılmışdı. Səsvermə günü ölkədə gözəl ab-hava var idi.

Bu fikirləri İtaliya müşahidə missiyasının rəhbəri Franko Orsi bildirib.

O deyib ki, bütün prosedurlar qanunauyğun idi. Seçicilərin iştirakının təsdiqlənməsi üçün onların barmaqlarına xüsusi gözəgörünməz mürəkkəb vurulurdu. Bu, şəffaflığın təmini üçün vacib idi. Səsvermə günü yüksək seçici fəallığı müşahidə olunurdu. Seçki məntəqələrinə getmək imkanı olmayan seçicilər üçün evlərində səs vermək imkanı yaradılmışdı, həmçinin məntəqələrdə əlillər üçün panduslar quraşdırılmışdı. Səsvermə başa çatdıqdan sonra bizə digər müşahidəçilərlə birlikdə səslərin sayılması prosesində iştirak etməyə icazə verildi. Səslərin sayılması mütəşəkkil və düzgün qaydada aparıldı. Olduğumuz məntəqələrin bəzisində “exit-poll” keçirilməsini müşahidə etdik. Veb-kameraların quraşdırılmasını təqdir edirik. Seçkilərin azad və şəffaf keçirilməsindən razılığımızı bildiririk.