Xəbərlər
Astarada “İlhamla irəli” şüarı ilə seçicilərlə Zirvə görüşü keçirilib
7 aprel 2018-ci il tarixdə YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təbliğat-təşviqat kampaniyası çərçivəsində Astara şəhər şəhərində seçicilərlə Zirvə görüşü - konsert-mitinq keçirildi.
Zirvə görüşündə 12 mindən çox astaralı iştirak edirdi. Zirvə görüşünə gələn seçicilərin qonaqları sürəkli alqışlarla qarşılaması və “İlhamla irəli” şüarlarının dəfələrlə səsləndirilməsi astaralı seçicilərin artıq seçim etdiklərinin göstəricisidir.
Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Milli Məclisin deputatlarından Rəşad Mahmudov, Elmira Axundova, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri Vəsadət Əzizov çıxış ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda ölkədə həyata keçirilən misilsiz abadlıq, quruculuq işlərindən və infrastruktur layihələrindən söz açdılar.
Zirvə görüşünə qatılan astaralı seçicilər cənab İlham Əliyevin ünvanına sürəkli alqış və “Astaralılar İlhamla irəli” şüarları səsləndiriblər.
Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olundu.