YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsi ilk dəfə səs verən seçicilər ilə görüş keçirib

2018-ci ilin 11 aprel tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya-prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsi təbliğat-təşviqat qrupunun üzvlərinin kampaniya çərçivəsində seçicilərlə növbəti görüşü ilk dəfə səs verən seçicilər və rayon gəncləri ilə görüşü  olub. 

Tədbiri giriş sözü ilə açan  Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin iştirak etdiyi və ya həyata keçirdiyi layihələr Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünəinam hissini yüksəldir. Ş.Abdullayeva əmin olduğunu bildirib ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

YAP Mərkəzi Seçki Qərargahının üzvü, Milli Məclisin deputatı Vüsal Hüseynov, YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsi təbliğat-təşviqat qrupunun üzvləri Yaqut Zeynalova və Rahib Rəsulov çıxış edərək vurğulayıblar ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Təbliğat-təşviqat qrupunun üzvləri bu uğurların davamlı olması üçün ucarlı gəncləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

İlk dəfə səs verəcək seçicilər və rayon gəncləri adından çıxış Nuru Piriyev və Kazım Məmmədov bildiriblər ki,  cənab İlham Əliyev daim inamla, qətiyyətlə hədəflərinə doğru gedir.

 

DİGƏR Xəbərlər Arxiv