YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlax şəhərində seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlaxda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüş isə Yevlax şəhər mərkəzində keçirilib.  

Görüşdə YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib.
Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxışında bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, ölkəmizin hərtərəfli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf etdirilib: “Əminəm ki, bu nailiyyətlərin davamlı olması üçün bütün seçicilər, o cümlədən yevlaxlılar aprelin 11-də Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər”.
Görüşdə çıxış edən seçicilər 11 apreldə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.