Xəbərlər
Yevlax rayonunun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri Yevlax rayonunun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində seçicilərlə görüş keçirdi.
Görüşdə YAP Yevlax rayon təşkilatının sədr müavi qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı.
Sonra Milli Məclisin deputatı, Respublika Həmkarlar İttifaqı Konfedarasiyasının sədri Səttar Möhbalıyev bildirdi ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi Yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq Onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir.
Sonra çıxış edən YAP Yevlax Rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova bildirdi ki, xalqın cənab İlham Əliyevə dəstəyi böyükdür. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir: “Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verməyə çağırıram.”
Çıxış edən kənd sakinləri Ruqiyə Abdurrəhmanova, Rafiq Əliyev və başqaları kənd sakinləri adından bildilər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görədə biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.