Xəbərlər
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan ordusunun bölmələri sentyabrın 22-də gecə Azərbaycan Respublikasının Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.