YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı tərəfindən partiya veteranı Süleymanova Anya İbrahim qızının 75 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb. Anya Süleymanovanın uzun illər şəhər təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərdiyi xüsusi qeyd olunub.

Partiya veteranı Anya Süleymanova göstərilən diqqət və qayğıya görə təşəkkürü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu deyib.

Sonda partiya veteranına şəhər təşkilatı tərəfindən fəxri fərman və hədiyyə verilib.