YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı tərəfindən ərazi partiya təşkilat sədrləri Kamran Babaşovun 60 və Elşən Nəcəfovun 55 illik yubileyləri münasibətilə görüş keçirilib.

Görüşdə çıxış edən  YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov yubilyarları doğum günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb. O, ərazi partiya təşkilat sədrlərinin rayonun ictimai-siyasi həyatında oynadığı roldan bəhs edib.

Yubilyarlar da öz növbəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyiblər

Sonda ərazi partiya təşkilat sədrlərinə fəxri fərman və hədiyyə verilib.