Xəbərlər
Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Bəydili kəndinin seçiciləri ilə görüşüblər
11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlhm Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş Biləsuvar rayonu Bəydili kəndinin seçiciləri ilə keçirildi.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının Biləsuvar rayon şöbəsinin sədri Kamil Mirzəyev qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verdi.Kamil Mirzəyev Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış etdi.Natiq qeyd etdi ki, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Belə ki, sürətli və dayanıqlı iqtisadi inkişaf, regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası, qeyri-neft məhsullarının istehsalı və ixracının artması, Azərbaycanın kosmik ölkələr sırasına daxil olması, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması çox yüksək səviyyədə həyata keçirilmişdir. Ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. Natiq əminliklə bildirdi ki, Biləsuvar rayonunun çoxsaylı Bəydili kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə Azərbaycan Dillər Universitetinin müəllimi, professor Fikrət Cahangirov çıxış edərək bildirdi ki, 2003-cü ildən keçən müddət ərzindən ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi “ASAN” xidmət mərkəzlərinin yaradılması, Azərbaycanın dünyada multikultural və tolerant mərkəzə çevrilməsi, beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində möhtəşəm rolu barədə seçicilərə ətraflı məlumat verdi. Sosial islahatlar nəticəsində təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində çox böyük uğurlara imza atılmışdır.Natiq bütün Bəydili kənd seçicilərini 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə iştirak edən Bəydili kənd seçiciləri bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə - Cənab İlham Əliyevə səs verəcəklər.